"Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası"nın və "Kvota şamil edilməyən müəssisələrin Siyahısı"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 549 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 22 noyabr 2005-ci il
№ 213
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi
QAYDASI
Bu Qayda "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 2001-ci il 9 avqust tarixli 549 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydasını müəyyən edir.
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün idarə, müəssisə və təşkilatlarda (bundan sonra - müəssisə) sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir.
Müəssisələr üçün kvota müəyyən edilərkən və işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanarkən qadınların, yaşı 18-dən az olan işçilərin və əlillərin işləməsi üçün müvafiq normativ hüquqi aktlarla qadağan olunan istehsalat sahələrinin siyahıları nəzərə alınır.
1.2. Kvota ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə aşağıdakı kimi müəyyən edilir:
1.3. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyasına aşağıdakılar aid edilirlər:
20 yaşadək gənclər;
yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər;
sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər;[1]
pensiya yaşına 2 ildən az qalmış şəxslər;
əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər; [2]
cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar;
məcburi köçkünlər;
müharibə veteranları;
şəhid ailələri.
2. KVOTA TƏYİN EDİLMƏSİ QAYDASI
3. KVOTANIN TƏTBİQ EDİLMƏ QAYDASI
4. SOSİAL MÜDAFİƏYƏ XÜSUSİ EHTİYACI OLAN VƏ İŞƏ DÜZƏLMƏKDƏ ÇƏTİNLİK ÇƏKƏN VƏTƏNDAŞLARIN MƏŞĞULLUĞUNUN TƏMİN OLUNMASINDA İŞƏGÖTÜRƏNLƏRİN MƏSULİYYƏTİ
4.1. Şəhər, rayon məşğulluq mərkəzləri tərəfindən göndərilmiş əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən, eləcə də kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müvafiq forma üzrə aylıq hesabatı təqdim etməyən işəgötürənlər inzibati məsuliyyətə cəlb olunurlar. [5]
4.2. Qanunvericiliklə nəzərdə tutulmuş inzibati cərimələr işəgötürən vəzifəli şəxsin (rəhbərin) əməkhaqqından və ya digər gəlirlərindən tutulur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Kvota şamil edilməyən müəssisələrin
S İ Y A H I S I
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 26 dekabr 2007-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1344) ilə «Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası»nın 1.3-cü bəndinin dördüncü abzasında «qadınlar» sözü «valideynlər» sözü ilə əvəz edilmişdir.
20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787) ilə 1.3-cü bəndin dördüncü abzasında «əlil uşaqları» sözləri «sağlamlıq imkanları məhdud uşaqları» sözləri ilə əvəz edilmişdir.
[2] 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787) ilə 1.2.1-ci, 1.2.2-ci, 1.2.3-cü bəndlərdə, 1.3-cü bəndin altıncı abzasında «əlillər» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər» sözləri əlavə edilmişdir.
[3] 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449) ilə 2.1-ci bənddə "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin" sözləri "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin" sözləri ilə əvəz edilmişdir.
[4] 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449) ilə 3.1-ci bənddə "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi" sözləri "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti" sözləri ilə əvəz edilmişdir.
[5] 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787) ilə 4.1-ci bənddə «əlilləri» sözündən sonra «, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri» sözləri əlavə edilmişdir.