“Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın həcminin və Qaydasının, qan, qan komponentləri və dərman preparatlarının, qan komponentləri hazırlamaq üçün vasitələrin Siyahısının və miqdarı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın həcmi və Qaydası, qan, qan komponentləri və dərman preparatlarının, qan komponentləri hazırlamaq üçün vasitələrin Siyahısı və miqdarı” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 29 dekabr 2005-ci il
№ 242
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 29 dekabr tarixli 242 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə
göstərilən tibbi yardımın həcmi
Hemofiliya xəstələri üçün[1]
|
Tibbi yardımın növü |
Tibbi yardımın həcmi |
|
Laboratoriya müayinələri |
|
|
1 |
2 |
|
Qanın ümumi analizi
Zərdab ferritinin təyini Dəmirin təyini Kreatinin təyini Qan qrupu və rezus faktorunun müayinəsi Sidiyin ümumi analizi Nəcisin gizli qanaxmaya görə müayinəsi Koaquloqramma VIII, IX (Fon – Villebrand) faktorun təyini Hemofiliyanın inqibitor formasının təyini Qələvi fosfatazanın təyini Bilirubinin təyini ALT-nin təyini AST-nin təyini γ-GT-nin təyini (HBV) B hepatitinin tədqiqi (HCV) C hepatitinin tədqiqi HIV-1 və HIV-2- nin tədqiqi |
müalicə üçün xəstəxanaya hər dəfə daxil olanda 6 aydan bir 6 aydan bir 6 aydan bir hər hemotransfizia günü
hər hemotransfizia günü hər hemotransfizia günü
6 aydan bir 6 aydan bir
ildə bir dəfə
3 aydan bir 3 aydan bir 3 aydan bir 3 aydan bir 3 aydan bir ildə bir dəfə ildə bir dəfə ildə bir dəfə |
|
Kardioloji müayinələr |
|
|
ExoKG EKG |
6 aydan bir 6 aydan bir |
Konsultasiyalar |
|
|
Ortoped Stomatoloq Psixoloq Kardioloq Kompleks həkim müayinəsi Oftalmoloq Otolarinqoloq Digər mütəxəssislər |
6 aydan bir ildə bir dəfə mütəmadi hematoloqun məsləhəti ilə tibbi göstərişlərə görə ildə bir dəfə ildə bir dəfə tibbi göstərişlərə görə |
Talassemiya xəstələri üçün
|
Tibbi yardımın növü |
Tibbi yardımın həcmi |
|
Laboratoriya müayinələri |
|
|
1 |
2 |
|
Qanın ümumi analizi Zərdab ferritininin təyini Qlükozanın təyini Uratların təyini Kreatinin təyini Dəmirin təyini TIBC-nin təyini Qələvi fosfatazanın təyini γ-GT-nin təyini ALT-nin təyini AST-nin təyini LDH-nin təyini |
ayda 1 dəfə 3 aydan bir 3 aydan bir 3 aydan bir 3 aydan bir 3 aydan bir 3 aydan bir 3 aydan bir 3 aydan bir 3 aydan bir 3 aydan bir 3 aydan bir |
|
S hepatiti panelinin təyini B hepatiti panelinin təyini İİV- 1 və İİV- 2-nin tədqiqi Sərbəst T4 və TSH- nin təyini Paratireoid hormonunun təyini FSH-nin təyini LH-nin təyini Testesteronun təyini Estradiolun təyini Kortizolun təyini Oral qlükozaya tolerantlıq testi Sümüyün sıxlığının təyini Sink, mis, selen, vitamin C, vitamin E-nin təyini Qara ciyərin biopsiyası |
ildə bir dəfə ildə bir dəfə ildə bir dəfə ildə bir dəfə ildə bir dəfə ildə bir dəfə ildə bir dəfə ildə bir dəfə ildə bir dəfə ildə bir dəfə ildə bir dəfə ildə bir dəfə ildə bir dəfə
ildə bir dəfə |
|
Kardioloji müayinələr |
|
|
EKG ExoKG Ürək kameralarının ölçüləri Sistolik funksiya Diastolik funksiya Fraksional yığılma qabiliyyəti |
6 aydan bir 6 aydan bir 6 aydan bir 6 aydan bir 6 aydan bir 6 aydan bir |
|
Konsultasiyalar |
|
|
Kardioloq Endokrinoloq Kompleks həkim müayinəsi Oftalmoloq Otolaringoloq Psixoloq
|
6 aydan bir 6 aydan bir ildə bir dəfə ildə bir dəfə ildə bir dəfə mütəmadi |
|
Əsas müalicə tədbirləri |
|
|
Eritrosit kütləsinin köçürülməsi Desferalın yeridilməsi |
ayda bir dəfə hər həftənin 5 günü |
|
Əlavə müalicə tədbirləri |
|
|
Dalağın cərrahi yolla çıxarılması |
tibbi göstərişlərə görə |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 29 dekabr tarixli 242 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə
göstərilən tibbi yardımın
1. Azərbaycan Respublikasının ərazisində hemofiliya və talassemiya xəstəiyinə düçar olmuş şəxslərə ixtisaslaşdırılmış tibbi yardım akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda, Respublika Uşaq Klinik Xəstəxanasında, Gəncə və Şəki rayonlararası qanköçürmə mərkəzlərinin nəzdindəki qanın irsi xəstəliklərinin müalicəsi üzrə gündüz stasionarlarında göstərilir.
2. İrsi qan xəstəliyi olan şəxslərə tibbi yardım fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi, 16 yaşına çatmamış şəxslərə isə onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında göstərilir.
3. Hemofiliya və ya talassemiya diaqnozu qoyulan şəxslər müvafiq ixtisaslaşdırılmış tibb müəssisələrinin birində qeydiyyata götürülürlər və onlara tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində beynəlxalq tələblərə uyğun tibbi yardım göstərilir.
4. İrsi qan xəstəliyi olan şəxslər həkim-hematoloqun müəyyən etdiyi müalicə tədbirlərinə əməl edirlər, xəstəliyin müalicəsindən imtina edərkən imtinanın səbəbini yazılı şəkildə bildirirlər.
5. Hemofiliya və talassemiya xəstəliyinə düçar olmuş şəxslərə ev şəraitində istifadə etdikləri dərman preparatlarını (dəmirqovucu preparatlar, laxtalanma faktor konsentratları) və bu preparatları yeritmə vasitələrini almaq üçün qeydiyyatda olduqları tibb müəssisəsi tərəfindən 2 nüsxədən ibarət resept yazılır.
6. Pulsuz dərman və tibbi vəsaitlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi formada olan resept nüsxəsində yazılır.
7. Hemofiliya və talassemiya xəstəliyinə düçar olmuş şəxslər üçün dərman preparatları təyin olunarkən, terapevtik doza bir aylıq müalicə kursundan artıq olmamalıdır.
8. Hemofiliya və talassemiya xəstəliyinə düçar olmuş şəxslərin ev şəraitində istifadə etdikləri dərman preparatları və bu preparatları yeritmə vasitələri ilə təminatı resept əsasında onların qeydiyyatda olduqları tibb müəssisəsələri və ya bu müəsssisələrin müqavilə bağladıqları apteklər tərəfindən həyata keçirilir.
9. Hemofiliya və talassemiya xəstəliyinə düçar olmuş şəxslərin ev şəraitində istifadə etdikləri dərman preparatlarının və bu preparatları yeritmə vasitələrinin dəyəri dövlət büdcəsindən müvafiq səhiyyə orqanlarına nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 29 dekabr tarixli 242 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Qan, qan komponentləri və dərman preparatlarının, qan komponentləri hazırlamaq üçün vasitələrin Siyahısı və miqdarı
Hemofiliya xəstələri üçün[2]
|
Vasitələrin adı |
Miqdarı (1 xəstə üçün 1 il ərzində) |
|
Dərman preparatları |
|
VIII, IX, Fon Villebrand qanın laxtalanma faktor konsentratları |
30.000 BV (Beynəlxalq Vahid) |
|
Ağrıkəsici preparatlar |
tibbi göstərişlərə görə |
|
Antiqistamin preparatlar |
tibbi göstərişlərə görə |
Qan komponentləri və onların hazırlanması üçün vasitələr |
|
Eritrosit kütləsi |
2 vahid (0,5 litr) |
|
Hepatit B-ni təyin etmək üçün test-sistemlər |
10 müayinə |
|
Hepatit C-ni təyin etmək üçün test-sistemlər |
10 müayinə |
|
QİÇS-i təyin etmək üçün test-sistemlər |
10 müayinə |
|
Sifilisi təyin etmək üçün test-sistemlər |
10 müayinə |
|
Qan qrupları və rezus mənsubiyyəti təyin etmək üçün monoklonal anticisimlər |
6 müayinə |
|
Tibbi materiallar |
|
|
Birdəfəlik şpris (10 ml) |
100 ədəd |
|
Birdəfəlik şpris (5 ml) |
100 ədəd |
|
Birdəfəlik şpris (2 ml) |
50 ədəd |
|
Faktoru damardaxili yeritmək üçün sistemlər (kəpənək) |
200 ədəd |
Leykositar filtr |
2 ədəd |
|
Gips sarğı |
10 ədəd |
|
Vasitələrin adı |
Miqdarı (1 xəstə üçün 1 il ərzində) |
|
Dərman preparatları |
|
|
Desferal (500 mq) |
600 flakon |
|
Qan komponentləri və onların hazırlanması üçün vasitələr |
|
|
Eritrosit kütləsi |
15,42 vahid (4,32 litr) |
|
Qan torbası (üçlü və ya ikili) |
15,42 ədəd |
|
Leykositar filtr |
15,42 ədəd |
|
Hepatit B-ni təyin etmək üçün test-sistemlər |
20 müayinə üçün |
|
Hepatit C-ni təyin etmək üçün test-sistemlər |
20 müayinə üçün |
|
QİÇS-i təyin etmək üçün test-sistemlər |
20 müayinə üçün |
|
Sifilisi təyin etmək üçün test-sistemlər |
20 müayinə üçün |
|
Qan qruplarını və rezus mənsubiyyətini təyin etmək üçün monoklonal anticisimlər |
45 müayinə üçün |
|
Tibbi materiallar |
|
|
Desferalı yeritmək üçün elektron transfuzion sistemlər |
1 ədəd |
|
Birdəfəlik şpris (10 ml) |
312 ədəd |
|
Desferalı dəri altına yeritmək üçün sistemlər (kəpənək) |
312 ədəd |
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 20 avqust 2010-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 763) ilə “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın həcmi”nin cədvəllərində “HİV” akronimləri “İİV” akronimləri ilə əvəz edilmişdir.
[2] 20 avqust 2010-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 763) ilə “Qan, qan komponentləri və dərman preparatlarının, qan komponentləri hazırlamaq üçün vasitələrin Siyahısı və miqdarı”nın cədvəllərində “AİDS-i” akronimləri “QİÇS-i” akronimləri ilə əvəz edilmişdir.