48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş "Narkoloji tibb müəssisələrində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi Qaydası"na dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2003-cü il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş "Narkoloji tibb müəssisələrində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi Qaydası"na dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş "Narkoloji tibb müəssisələrində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi Qaydası"nın 2-ci bəndi aşağıdakı yeni redaksiyada verilsin:

"Narkoloji tibb müəssisələrində tətbiq edilən təhlükəsizlik tədbirləri həmin müəssisələrdə işləyən şəxslərin, müalicə olunan digər xəstələrin, bu xəstələrə baş çəkən şəxslərin ləyaqətinə xələl gətirməməli və onların hüquqlarını məhdudlaşdırmamalıdır".

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
 

Bakı şəhəri, 28 fevral 2003-cü il
№ 33

 

 




Tarix:     www.old.udpo.az saytı Geri