“Onkoloji xəstələrə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 442 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Onkoloji xəstələrə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 21 noyabr 2006-cı il
№ 244
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 21 noyabr tarixli 244 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Onkoloji xəstələrə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət
STANDARTLARI
1. Onkoloji xəstələrə göstərilməli olan tibbi yardımın həcmi İnstrumental müayinələr
|
Sıra №-si |
Müayinələrin növü |
Hansı onkoloji xəstəliklər üçün təyin olunur |
|
1 |
2 |
3 |
|
1 |
Döş qəfəsinin rentgeni |
bütün xəstəliklər üçün, 6 aydan tez olmamaq şərtilə
|
|
2 |
Elektrokardioqrafiya |
bütün xəstəliklər üçün
|
|
3 |
Ultrasəs |
bütün xəstəliklər üçün
|
|
4 |
Rentgen-mammoqrafiya |
süd vəzisi şişləri
|
|
5 |
Rentgenkontrast |
həzm taktı və sidik-ifrazat yollarının şişləri
|
|
6 |
Rentgentomoqrafiya |
qırtlaq və ağciyər şişləri |
|
1
|
2 |
3 |
|
7 |
Endoskopiya |
udlaq, qırtlaq, qida borusu, mədə, 12 barmaq bağırsaq, yoğun bağırsaq, sidik kisəsi və cinsiyyət üzvlərinin şişləri |
|
8 |
Kompüter tomoqrafiyası
|
beyin, ağciyər və qarın boşluğu üzvlərinin şişləri |
|
9 |
Nüvə-maqnit rezonansı
|
sümük sistemi və digər üzvlərin şişləri |
|
10 |
Radioizotop müayinəsi
|
qalxanvarı vəzi və sümük sisteminin şişləri |
|
Laborator müayinələr
|
||
|
11 |
Qanın ümumi müayinəsi |
bütün xəstəliklər üçün
|
|
12 |
Sidiyin ümumi müayinəsi |
bütün xəstəliklər üçün
|
|
13 |
Nəcisin ümumi müayinəsi |
bütün xəstəliklər üçün
|
|
14 |
Əsnəkdən yaxmanın götürülməsi |
bütün xəstəliklər üçün |
|
15 |
Koaquloqramma |
bütün xəstəliklər üçün |
|
16 |
Qanda RW, VİÇ, vərəm anticisimlərinə və epatitlərə aid müayinələr |
bütün xəstəliklər üçün |
|
17 |
Qanın biokimyəvi müayinəsi |
bütün xəstəliklər üçün |
|
18 |
Qanda şiş markerlərinin müayinəsi |
şişin lokalizasiyasına müvafiq və CEA-markeri bütün xəstəliklər üçün |
|
19 |
Sitoloji müayinə |
bütün xəstəliklər üçün
|
|
20 |
Histoloji müayinə |
bütün əməliyyat və endoskopiya olunmuş xəstələr üçün
|
|
21 |
Estrogen və progesteron reseptorlarının təyini |
hormon asılı şişlər üçün |
2. Radikal və yaxud palliativ müalicə olunmuş onkoloji xəstələrin vacib olan təkrar müayinəsi
|
Sıra №-si |
Müayinələrin növü |
Keçirilmə müddəti |
|
1 |
Qanın ümumi müayinəsi
|
3 ayda 1 dəfə |
|
2 |
Qanın biokimyəvi müayinəsi
|
6 ayda 1 dəfə |
|
3 |
Qanda şiş markerinin təyini
|
6 ayda 1 dəfə |
|
4 |
Döş qəfəsinin rentgeni
|
6 ayda 1 dəfə |
|
1 |
2 |
3 |
|
5 |
Rentgenkontrast
|
göstəriş olarsa |
|
6 |
Rentgentomoqrafiya
|
göstəriş olarsa |
|
7 |
Ultrasəs
|
3-6 ayda bir dəfə |
|
8 |
Endoskopiya
|
göstəriş olarsa |
|
9 |
Radioizotop müayinəsi
|
ildə 1 dəfə |
|
10 |
Kompüter tomoqrafiyası
|
göstəriş olarsa |
|
11 |
Nüvə-maqnit rezonansı
|
göstəriş olarsa |
|
12 |
Təkrar sitoloji və ya histoloji müayinə
|
göstəriş olarsa |
Qeyd. Onkoloji xəstələrə tibbi yardım cərrahi və yaxud qeyri-cərrahi (dərman, şüa terapiyası), digər hallarda isə həmin üsulların kombinə və kompleks formalarında ixtisaslaşdırılmış tibb müəssisələrində aparılır.
3. Onkoloji xəstələrə göstərilməli olan tibbi yardımın keyfiyyəti
3.1. Onkoloji xəstələrə göstərilən tibbi yardımın keyfiyyət standartları beynəlxalq tələblərə uyğun aparılır.
3.2. Onkoloji xəstələrə göstərilən tibbi yardımın keyfiyyətinin əsas tələbləri aşağıdakılardır:
3.2.1. keyfiyyətin idarə edilməsi;
3.2.2. ixtisaslaşdırılmış tibb müəssisələrinin olması;
3.2.3. tibb müəssisələrinin müvafiq avadanlıqlarla təchizatı;
3.2.4. həkim-onkoloqların və orta tibb işçilərinin hazırlanması və ixtisaslarının artırılması;
3.2.5. ümumi təyinatlı müalicə-profilaktika müəssisələrində 25 yaşından yuxarı qadınların sitoloji müayinəsinin təşkili və aparılması;
3.2.6. uçot və qeydiyyatın lazımi qaydada aparılması;
3.2.7. onkoloji xəstələrin dispanser müşahidəsinin və ambulator müalicəsinin təşkil edilməsi;
3.2.8. yüksək effektli dərman vasitələrinə, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici preparatlara olan tələbatın tam ödənilməsi;
3.2.9. keyfiyyətə nəzarət və peşə səriştəliyinin yoxlanılması;
3.2.10. onkoloji müalicə-profilaktika tədbirləri nəticəsində baş vermiş səhvlərin və hadisələrin araşdırılması