66. Transplantasiya obyekti olan orqan və (və ya) toxumaların Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2000-ci il


Transplantasiya obyekti olan orqan və (və ya) toxumaların Siyahısının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 

"İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli, 251 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Transplantasiya obyekti olan orqan və (və ya) toxumaların Siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 13 sentyabr 2000-ci il

                    № 168

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 13 sentyabr tarixli, 168 nömrəli qərarı ilə
TӘSDİQ edİlmİşdİr

Transplantasiya obyekti olan orqan və (və ya) toxumaların
SİYAHISI

1. Ürək.

2. Ağ ciyər (ürək-ağ ciyər kompleksi).

3. Qara ciyər.

4. Böyrəklər.

5. Mədəaltı vəzi və onların seqmentləri.

6. Mədəaltı vəri 12 barmaq bağırsaqla birlikdə.

7. Dalaq.

8. Sümük iliyi.

9. Gözün buynuz qişası.

 

 




Tarix:     www.old.udpo.az saytı Geri