|
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 03.01.1997-ci il tarixdə qeydiyyata alınmışdır. Qeydi № 23
Nazir əvəzi:__________S. Həsənova |
|
Azərbaycan Respublikası Maliyyə Nazirliyi
№ 09-17/72 5.12. 1996-cı il Nazir________F. Yusifov |
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
№ 07/11-925 5.12.1996-cı il Nazir_____Ə.Nağıyev |
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu
№ 05/447 A 5.12.1996-cı il. Sədr _____Ə. Ələkbərov |
AZTƏMİNATLI AİLƏLƏRİN UŞAQLARINA MÜAVİNƏTLƏRİN TƏYİN EDİLMƏSİ VƏ VERİLMƏSİ QAYDALARI HAQQINDA
TƏLİMAT
Azərbaycan Respublikası Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri və Dövlət Sosial Müdafiə Fondu əhalinin az təminatlı ailələrin uşaqlarına müavinətlərin təyin edilməsinin 01 yanvar 1997-ci ildən aşağıdakı qaydalarını müəyyən edir:
Qüvvədə olan qanunvericiliyə əsasən aztəminatlı ailələrin uşaqlarına aşağıdakı müavinətlər təyin edilir:
- uşaq doğularkən 50000 manat məbləğində birdəfəlik müavinət;
- ailədə adambaşına düşən aylıq gəlirin 16500 manat və ondan az olduğu hallarda uşaq doğulduğu aydan başlayaraq 16 yaşa çatanadək /təqaüd almayan məktəblilər 18 yaşına çatanadək/ 9000 manat məbləğində müavinət. Bu müavinət uşağın valideyni müddətli hərbi xidmətdə olduğu dövrdə 125000 manat; müharibə əlillərinin uşaqlarına isə 20000 manat məbləğində ödənilir.[3]
- dəfn üçün 100000 manat məbləğində verilən birdəfəlik müavinət.
1.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 1995-ci il tarixli 22 N-li qərarı ilə yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına 5500 manat məbləğində təyin olunan aylıq müavinətlər.
Əmək haqqına yüksək dağlıq yerlərdə yaşamağa görə əmsalların hesablandığı yerlərdə yaşayan ailələrə bütün növ aylıq müavinətlərin məbləği yüksəkliyə görə əmsallar tətbiq olunmaqla müəyyən edilir.
II. MÜAVİNƏTLƏRİN TƏYİN OLUNMASI QAYDALARI VƏ MÜDDƏTLƏRİ
Kolxoz və sovxozlarda, kəndli /fermer/ təsərrüfatlarında, mövsümi xarakterli müəssisələrdə çalışanların, məcburi köçkünlərin habelə hər iki valideyni işləməyən, təhsil almayan ailələrin uşaqlarının müavinət almaq hüququ keçən təqvim ilinin gəliri əsasında müəyyən edilir.[5]
Bu növ müavinətin təyin olunması üçün ailədə adambaşına düşən orta aylıq gəlir 16500 manatdan artıq olmamalıdır. Yüksəkliyə görə əmsallar tətbiq olunmaqla müəyyən olunur.
2.8. Uşaqlı ailələrə aylıq müavinətlər, onları almaq hüququ yaranan aydan 3 ay gec olmayaraq müraciət edildikdə, müavinət hüququ yaranan aydan təyin olunur.
Müavinətin təyin edilməsi üçün 3 ay keçdikdən sonra müraciət edildikdə, həmin müavinətin təyin edilməsi haqqında ərizə bütün lazımi sənədlərlə birlikdə verildiyi aydan əvvəlki müddət üçün, lakin 3 aydan çox olmamaq şərtilə təyin edilir və ödənilir.[7]
2.9. Övladlığa götürülmüş uşaqlar doğma uşaqlara bərabər tutulur və müavinət ümumi qaydada təyin edilib verilir. Ögey ata və ögey ana ilə yaşayan uşaqlar yaşadıqları ailədə ümumi qaydada müavinət alır.
2.10. Tam dövlət təminatında olan uşaqlara görə müavinət verilmir.
III. ORTA AYLIQ GƏLİRİN MÜƏYYƏN EDİLMƏSİ
a/ əmək haqqı, o cümlədən iş vaxtından artıq işlər üçün, əvəzçilik üzrə görülən işlər üçün, bütün növ əlavələr, müəssisə, idarə, təşkilatın və əmək haqqı sistemində nəzərdə tutulmuş və maliyyələşdirmə mənbəyindən və vaxtaşırı verilməsindən asılı olmayan mükafatlar, uzun müddət xidmətə görə verilən illik mükafat, müəssisənin, təşkilatın işinin illik ümumi nəticələrinə görə verilən mükafatlar. Mükafatlar və illik mükafatlar orta aylıq əmək haqqına hesablandığı vaxt üzrə daxil edilir. Yəni onların ödəniş cədvəllərinə /yaxud onu əvəz edən sənəd/ daxil edildiyi ayda hesaba alınır.
b/ pensiyaların bütün növləri. Bu zaman pensiyaların üzərinə hesablanan ayrı-ayrı müavinətlər də nəzərə alınır.
v/ təqaüdlər;
q/ Fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə, o cümlədən fərdi icarə (qrup icarəsi) əsasında və ya kəndli (fermer) təsərrüfatında məşğul olanların və kooperativdə müqavilə ilə işləyənlərin qazancı:
Bu şəxslərin qazancı "Azərbaycan Respublikasında fiziki şəxslərdən gəlir vergisi haqqında" Azərbaycan Respublikası Qanununa və "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq lisenziya, müqavilə, patent və sosial sığorta haqlarının ödədikləri barədə verilmiş sənədlərə görə müəyyən olunur.[8]
ğ/ əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış işçilərə zərərin əvəzinə ödənilən məbləğlər;
d/ müavinət almaq hüququ müəyyən edilərkən ödənilən alimentlər ailənin məcmu gəlirlərindən çıxılır, alınan alimentlər isə hesaba alınır.
e/ uşaq üç yaşa çatanadək ona qulluq etməkdən ötrü qismən ödənişli məzuniyyət dövründə verilən müavinət;
j/ əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə müavinətlər, habelə növbəti ilin məzuniyyət haqqı onların aid olduğu dövrün gəlirinə daxil edilir.
z/ işsizliyə görə müavinət;
y/ nahar yeməyi üçün verilən pul kompensasiyaları.
Ailədə adambaşına düşən gəlirin rüblük qazancdan hesablandığı hallarda illik mükafatlar və 13-cü əmək haqqı hər rübə mütənasib bölünmək yolu ilə onların dörddə bir hissəsi məbləğində, illik qazancdan hesablandığı hallarda isə ailənin gəlirindən yalnız bir illik mükafat və 13-cü əmək haqqı nəzərə alınır.
3.7. Yetim və valideyn himayəsindən məhrum olmuş və qəyyum himayəsinə verilmiş uşaqların müavinət hüququ müəyyən edilərkən qəyyumun gəliri ümumi gəlirə daxil edilmir. Uşaqlara ailə başçısını itirməyə görə təyin olunmuş bir aylıq pensiya məbləği ümumi gəlirdə nəzərə alınır.
IV. MÜAVİNƏT TƏYİN EDƏN ORQANLAR
4.1. Müavinət anaya onun işlədiyi və ya təhsil aldığı yerdə, əgər ana işləmirsə və təhsil almırsa atanın işlədiyi, xidmət etdiyi və ya təhsil aldığı yerdə təyin edilib verilir.
Həmin sənədləri komissiyanın müzakirəsinə məsul katib kimi müavinətlər üzrə aparıcı müfəttiş hazırlayır.
Müavinət təyinatı üçün zəruri olan bütün sənədlər təqdim edildikdən ən geci 10 gün müddətində komissiya müavinəti təyin olunması və ya müavinət təyin etməkdən imtina haqqında qərar qəbul edir.
4.5. Ərizəyə sənədlər tam əlavə olunmadıqda, çatışmayan sənədlərin təqdim olunması üçün vətəndaşa bir ay vaxt verilir.
4.5. Ərizəyə sənədlər tam əlavə olunmadıqda, çatışmayan sənədlərin təqdim olunması üçün vətəndaşa bir ay vaxt verilir.
4.6. İşçinin iş yerini dəyişdiyi idarə, müəssisə, təşkilat müavinətin ödənilməsi ayları göstərilməklə sənədləri onun yeni iş yerinə /müavinət alanın ərizəsinə əsasən/ göndərir.
Yeni iş yerində müavinətin alınması üzrə işlər alındıqdan sonra uşaqlara müavinət təyin edən komissiyanın qərarına əsasən müavinətin ödənilməsi davam etdirilir. Uşaqlara müavinət alan ana işdən /xidmət/ təhsil yeri/ çıxaraq heç yerdə işləməzsə, müavinət almaq üçün işləri ananın işlədiyi idarə, müəssisə və təşkilat atanın iş yerinə /xidmət təhsil yerinə/ göndərir, ata olmadıqda isə həmin işlər yaşayış yeri üzrə rayon /şəhər/ əhalinin sosial müdafiəsi mərkəzlərinə göndərilir və müavinətin ödənilməsi müavinət təyin edən komissiyanın qərarına müvafiq olaraq 3 aydan artıq olmayan müddətə bərpa olunmaqla davam etdirilir.
V. MÜAVİNƏT TƏYİNATI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR
5.1. Müavinət təyin edilməsindən ötrü hər təyinat müddəti üçün (illik və rüblük) aşağıdakı sənədlər tələb olunur:
- vətəndaşların müavinət hüququ müəyyən edilən müddət üçün sahibkarlıq və ya fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslər haqqında yerli vergi müfəttişliklərindən arayış-siyahı;
- fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə, o cümlədən fərdi icarə (qrup icarəsi) əsasında işləyənlərin qazancı barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrindən arayış;
- hər iki əmək qabiliyyətli valideyni işləməyən ailələrdə valideynlərin keçmiş təqvim ilində işsizliyə görə aldıqları müavinətin məbləği barədə yerli məşğulluq xidmətindən arayış-siyahı;
- əmək qabiliyyətli valideynlərindən biri işləyən ailələr üçün: işləməyən dikər valideynin müavinət hüququnun müəyyən edildiyi təqvim müddətində (əvvəlki rübdə) işsizlik müavinəti alıb-almaması barəsində yerli məşğulluq xidmətindən arayış;
VI. Yekun müddəalar.
6.1. Müavinətlər respublika büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına ödənilir. Əhalinin sosial müdafiəsi mərkəzlərinə bu məqsədlə vəsait Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən köçürülür.
Bu sahəyə nəzarəti Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri daxilində həyata keçirirlər.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 29 dekabr 1999-cu il tarixli 09-04/493 nömrəli Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əmiri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2000-ci il, № 02) ilə 1.1 bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən valideyni şəhid olmuş ailədə 16 yaşına çatmamış /məktəblilər 18 yaşınadək/ uşaqlara minimum əmək haqqının üçdə bir hissəsi məbləğində /1833 manat/ təyin olunan aylıq müavinət. Hər iki valideyni şəhid olmuş uşaqlara bu müavinət minimum əmək haqqının üçdə iki hissəsi məbləğində müəyyən olunmuşdur.
[2] 29 dekabr 1999-cu il tarixli 09-04/493 nömrəli Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əmiri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2000-ci il, № 02) ilə 1.2 bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
"Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" 1993-cü il 6 dekabr tarixli Qanununa əsasən Çernobıl qəzası nəticəsində əlil olmuş, xəstələnmiş, dispanser qeydiyyatında olan uşaqların ailələrinə, habelə Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, Hər uşaq üçün ayda minimum əmək haqqının 100 faizi /5500/ manat məbləğində müəyyən olunan aylıq müavinətlər.
[3] 29 dekabr 1999-cu il tarixli 09-04/493 nömrəli Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əmiri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2000-ci il, № 02) ilə 1.4-cü bəndin 3-cü abzasında "Şəhid ailələrinin" sözləri çıxarılmışdır.
[4] 29 dekabr 1999-cu il tarixli 09-04/493 nömrəli Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əmiri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2000-ci il, № 02) ilə 2.1 bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Müharibə əlilləri, şəhid ailələri və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, Çernobıl qəzası nəticəsində əlil olmuş, xəstələnmiş, dispanser qeydiyyatında olan uşaqların ailələrinə, habelə Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına təyin olunan aylıq müavinətlər, uşağa qulluğa görə qismən ödənişli məzuniyyətdə olan şəxslərə aylıq müavinətlər, uşaq doğulması və dəfn üçün birdəfəlik müavinətlər gəlirdən asılı olmayaraq təyin edilir.
[5] 21 fevral 1997-ci il tarixli 13-3 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi Kollegiyasının qərarı (Azərbaycan Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin və Başqa Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 1997-ci il, № 5) ilə 2.2 bənddə “kolxoz və sovxozlarda, kəndli (fermer) təsərrüfatlarında, mövsümi xarakterli müəssisələrdə çalışanların” sözlərindən sonra “məcburi köçkünlərin” sözləri əlavə edilmişdir.
[6] 21 fevral 1997-ci il tarixli 13-3 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi Kollegiyasının qərarı (Azərbaycan Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin və Başqa Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 1997-ci il, № 5) ilə 2.4 bənddə “habelə Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına” sözlərindən sonra “məcburi köçkünlərin uşaqlarına, hər iki valideyni işləməyən ailələrin uşaqlarına” sözləri əlavə edilmişdir.
[7] 21 fevral 1997-ci il tarixli 13-3 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi Kollegiyasının qərarı (Azərbaycan Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin və Başqa Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 1997-ci il, № 5) ilə Təlimatın 2.8 bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Müavinət onu almaq hüququnun yarandığı ayın ardınca gələn aydan tez olmamaq şərti ilə müvafiq sənədlərlə müraciətdən əvvəlki 3 aydan artıq olmayan müddət üçün verilir.
[8] 29 dekabr 1999-cu il tarixli 09-04/493 nömrəli Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əmiri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2000-ci il, № 02) ilə 3. 2 bəndinin "q" hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
q/ fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə, o cümlədən fərdi icarə /qrup icarəsi/ əsasında və ya kəndli /fermer/ təsərrüfatında məşğul olanların və muzdla işləyənlərin, eləcə də kooperativ üzvlərinin və kooperativdə müqavilə ilə işləyənlərin qazancı; həmin şəxslərin qazancı Azərbaycan Respublikasında fiziki şəxslərdən gəlir vergisi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq lisenziya, müqavilə, patent və digər sənədlər əsasında verilmiş və vergi müfəttişliyi tərəfindən təsdiq olunmuş arayış üzrə nəzərə alınır. Bu kimi şəxslərin qazancı müavinət təyin edən komissiya tərəfindən yerində dəqiqləşdirilə bilər.
[9] 29 dekabr 1999-cu il tarixli 09-04/493 nömrəli Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əmiri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2000-ci il, № 02) ilə 5.1 bəndinin 7-ci abzası çıxarılmışdır və yeni abzaslar, əlavə edilmişdir.