3 dekabr


 

3 dekabr – beynəlxalq əlillər günü: “Əlilliyi olan insanların təhsil və əmək hüquqları”

1992-ci ildə 3 dekabr Birləşmiş Millətlər Təşkilatı tərəfindən  əlilliyi olan insanların günü elan olunmuşdur. Azərbaycanda da hər il bu gün qeyd olunur. Azərbaycan Respublikası əlilliyi olan insanların hüquqlarının müdafiəsi cəhətdən ən önəmli sənədlərdən biri olan “Əlilliyi olan İnsanların hüquqları haqqında” konvensiyaya və əlavə protokola qoşulmuşdur.

3 dekabr beynəlxalq əlillər günü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə  Dünyaya Baxış Beynəlxalq Təşkilatı və Əlil Təşkilatları İttifaqı “Əlilliyi olan insanların təhsil və əmək hüquqları” mövzusunda Avropa otelində konfrans keçirilmişdir.

Konfransın açılışında Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, Dünyaya baxış beynəlxalq təşkilatının əməkdaşı B.Fəridə çıxış etmişlər.

 Konfransda hökumət, qeyri-hökumət, beynəlxalq təşkilatların, KİV və Media nümayəndələri iştirak etmiş, müzakirələr, çıxışlar, təqdimatlar olunmuşdur.

Konfrans çərçivəsində əlil uşaqların əl işləri və rəsm əsərləri sərgilənmiş,  maraqlı konsert proqramı təşkil olunmuşdur.

Konfransda bütün rəy və təkliflərin ümumiləşdirilərək yekun sənəd kimi müvaq orqanlara çatdırılması qərara alınmışdır.






Tarix:4/12/2011     www.old.udpo.az saytı Geri