Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir


13 noyabr 2023-cü il tarixində , saat 11:00 da “ Flame Towers”   İMAX -da beynəlxalq gözdən əlillər günü ilə əlaqədar  Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti  İB tərəfindən  hazırlanmış 44 günlük Vətən  müharibəsi zamanı hər iki gözünü itirmiş Kamran Baxşızadə və Rəhman Nuriyev  haqqında çəkilmiş filmlərin təqdimatı olmuşdur.

 Tədbirdə Dövlət və Qeyri hökumət Təşkilatlarının nümayəndələri, gözdən əlil qazilər və onların ailə üzvləri, dostları, gözdən əlil vətəndaşlar, KİV nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmyar Abdullayev “Gözümün Nuru Vətən ” adlı  layihə  haqqında   ətraflı məlumat vermişdir.   S.Abdullayev çıxışında Ali Baş Komandan  İlham Əliyevin  bütün dünya azərbaycanlılarını dəmir  yumuruq kimi birləşdirərək ,xalqımızın nüfuz və ləyaqətini  bərpa etməklə  ölkənin ərazi bütövlüyünün təmin   etməsindən və  30 illik Vətən həsrətinə son qoymasından söz açaraq,  vətəndaş cəmiyyəti  olaraq  vətən uğrunda canlarından keçmiş oğullarımızın ictimaiyyətə tanıdılması, onların  sosial problemlərinin həll edilməsi  istiqamətində  dövlətimiz tərəfindən  icra edilən   layihələrdə aktiv iştirak etməyi  borc bildiyini qeyd etmişdir.

  Film tamaşaçılar tərəfindən çox böyük maraqla qarşılanmışdır.

Sonra filmin ssenari rejissoru Simuzər Aqakişiyeva filmin ərsəyə gəlməsi haqqında məlumat vermişdir.

Daha sonra  qonaqlar və filmin qəhrəmanları film haqqında təəssüratlarını söyləmişlər .

 Sonda filmin təqdimatına şərait yaratdığı üçün   Flame Towers- in rəhbərliyinə minnətdarlıq bildirilmişdir.

 

Əlil Təşkilatları İttifaqı

 




Tarix:13/11/2023     www.old.udpo.az saytı Geri