Kvota üzrə 66 min iş yerinin əksəriyyəti kadrlarla təmin olunub


Əlilliyi olanlar arasında müxtəlif peşələrə sahib olan çox qabiliyyətli şəxslər var. Bu o deməkdir ki, istənilən sahədə - ən adi işçidən tutmuş ən rəhbər vəzifəyə qədər olan proseslərdə əlilliyi, eləcə də digər həssas kateqoriyadan olanları cəlb edə bilərik.

AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

Sədr daha sonra bildirib: “Hazırda ölkədə kvota üzrə 66 min iş yeri var və onların böyük əksəriyyəti kadrlarla təmin edilib. İndi kvota üzrə işlə təmin edilmənin elektronlaşması prosesi gedir və yaxın vaxtlarda tam olaraq yeni yaradılmış “Əmək və Məşğulluq” altsistemi üzərindən elektron qaydada həyata keçiriləcək. İnanırıq ki, həmin çərçivədə bütün iş yerləri tam təmin ediləcək”.

 

Əlil Təşkilatları İttifaqı

 




Tarix:8/12/2022     www.old.udpo.az saytı Geri