Bu il 10 mindən çox şəxs sosial xidmətlərlə əhatə olunub


Bu il 10 mindən çox şəxs sosial

xidmətlərlə əhatə olunub

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 10,2 min şəxs sosial xidmətlərlə əhatə edilib.  

 

Onlardan tənha ahıl və əlilliyi olan 6531 şəxsə evlərində səyyar formada sosial-məişət, mütəxəssislər tərəfindən sosial reabilitasiya, sosial-hüquqi xidmətlər göstərilib.

 

Agentliyin sosial xidmət müəssisələrində 1759 şəxs (o cümlədən 18 yaşınadək əlilliyi olan 312 şəxs)  daimi dövlət təminatında olmaqla stasionar sosial xidmətlərlə əhatə olunub.

 

Həssas kateqoriyadan olan 721 şəxsin də yarımstasionar formada sosial xidmətlərlə təminatı həyata keçirilib. Sosial xidmət layihələri çərçivəsində isə 25 şəhər və rayon üzrə 1221 uşaq sosial reabilitasiyaya cəlb olunub.

 

Əlil Təşkilatları İttifaqı

 




Tarix:12/10/2022     www.old.udpo.az saytı Geri