Nazir müavini Hidayət Abdullayev şəhid Fərid Quliyevin ailəsini ziyarət edib.


Nazir müavini Hidayət Abdullayev şəhid Fərid Quliyevin ailəsini ziyarət edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Fərid Quliyevin ailəsini ziyarət edib.

Nazir müavini ailənin sosial vəziyyəti ilə maraqlanıb. Qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirləri mütəmadi həyata keçirilir. Bu kateqoriyadan olan şəxslər daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur.

Şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Əlil Təşkilatları İttifaqı

 




Tarix:29/9/2022     www.old.udpo.az saytı Geri