PRESS-RELİZ
Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Əlillərin sosial müdafiəsinin gücləndirilməsi, əlillərin bilik və bacarıqlarından səmərəli istifadə adlı layihəsinin icrasına başlayıb.
Layihənin məqsədi Lənkəran, Cəlilabad, Şirvan və Salyan rayonlarında fiziki məhdudiyətli vətəndaşların rifahının inkişafında həmin şəxslərin öziştirakçılıq vərdişlərinin və imkanlarının genişləndirilməsi, onların ölkənin sosial-iqtisadi proseslərində aktiv iştirakçılığının təmin edilməsi, yarğılayıcı boş zaman sərfinin əlavə dəyər yaradan faydalı davranışlarla əvəzlənməsi istiqamətində vətəndaş cəmiyyəti institutlarının töhvəsinin verilməsindən ibarətdir.
Layihənin icrası 01.09.2022-ci il tarixdən 01.12.2022-ci il tarixə qədər nəzərdə tutulur.
Qeyd edək ki, bu günə qədər Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi bir sıra uğurlu layihələr həyata keçirib.