Azərbaycan Respublikasının
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumu ilə əlaqədar
Əlil Təşkilatları İttifaqının müraciəti
Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi 4 avqust 2022-ci il tarixində bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olan ekstremist qrupun üzvləri vandalizm aktı törətmiş, Azərbaycan Respublikasının bayrağını təhqir etmiş, öz bayarqlarını səfirliyin eyvanından asaraq radikal dini şüarlar səsləndirmişlər.
Venesiya Konvensiyasına əsasən diplomatlar və diplomatik binaların təhlükəsizliyi bir öhdəlik kimi təmin olnmalıdır. Lakin Britaniya polisi bütün bu hadisələr baş törədildikdən sonra müdaxilə etmiş, ekstremistləri səfirliyin binasından çıxardaraq onları saxlamışdır.
Azərbaycanın milli və beynəlxalq səviyyədə böyük uğurlara nail olması bəzi qüvvələri narahat edir və onlarda qısqanclıq yaradır. Baş verən aksiyaların arxasında məhz belə qüvvələr dayanır.
Əlil Təşkilatları İttifaqı bu hadisəni pisləyir və Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarından, Xarici İşlər və Dövlət Təhlükəsizlik Nazirliklərindən xahiş edir ki, baş vermiş hadisəni törədənlərin layiqli cəzalandırılması və gələcəkdə belə hadisələrin bu və digər ölkələrdə təkrar olunmaması üçün müfafiq tədbirlər görsünlər.