“Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə layihəni davam etdirir


Ta qədimdən xalqımız öz xeyrxah əməlləri ilə seçilmişdir.Yaşlıya,yoxsula,xəstəyə əl tutmağı özlərinə müqəddəs borc bilmişlər.Ulularımızın bizlərə  miras qoyduqları nəcib əməllər əsrlər keçsədə  xalqımız tərəfindən  bu gündə qorunub saxlanılır.Bu gün bütövlükdə dünyanın, insanlığın bəlkə ən çox ehtiyac duyduğu məsələ xeyrxahlıq və mərhəmətdir. Milli,mənəvi və dini dəyərlərimizin qorunmasında ümummilli liderimiz Heydər Əliyevin müstəsna rolu vardır.Dahi şəxsiyyətin bizlərə  nəsiyyəti hər bir sahədə  həmrəyliyimizin və  birliyimizin qorunmasıdır. Bu gün bu misiyanı ölkəmizdə davam etdirən çoxlu sayda xeyrxah insanlar var.Bu insanlaradan biri də Sumqayıt Plaza Hotel MMC-nin rəhbəri Elnarə İmaməliyevadır.Müqəddəs Ramazan ayında sağlamlıq imkanları məhdud uşaqları sevindirmək məqsədi ilə 17 aprel tarixində  “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyinin 25 -ə yaxın üzvünün geniş məkanda  rahat əylənməsi üçün rəhbərlik etdiyi müəssisədə onlar üçün könül xoşluğu ilə  yer ayırmışdır. Müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların birgə əylənməsi valideynlərinə sevinclı analr yaşatmışdır.Bu uşaqlar “Çıraq” Uşaq İnkişaf Mərkəzi  ictimai birliyinin  Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə keçirdiyi  “Autizm spektri pozuntusu, daun sindromu və müxtəlif xəstəliklərdən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına dəstəyin göstərilməsi” adlı layihəsinə cəlb olunmuş uşaqlardır.İctimai Birliyin sədri Zeynəb Hacıyeva  göstərdiyi dəstəyə görə Sumqayıt Plaza Hotel MMC-nin rəhbəri Elnarə İmaməliyeva dərin təşəkkürünü bildirmişdir.

 

Əlil Təşkilatları İttifaqı

 




Tarix:20/4/2022     www.old.udpo.az saytı Geri