“İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” - Qəbələ


                            Press-reliz                         Qəbələ rayon

“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə  “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” mövzusunda iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.

Layihəninin əsas məqsədi əhalinin aztəminatlı sosial qruplarından olan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünüməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır.

Layihə çərçivəsində ikinci tədbir 01 aprel  2022-ci il tarixdə saat 14:00-da Qəbələ Rayon “’’Qəbələ Üşaq və Ailələrə Dəstək Mərkəzi’’-ində  keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərdə özünüməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərüfatı və yaxud kişik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş və başadüşülən formada informasiya verilməklə ilə yanaşı bu sahədə mövcud vəziyyət haqqında da müzakirələr aparılacaqdır.  

 

 

“İstedadlı Əlillər” İctimai Birliyinin

sədri Qubad Qasımov

 

 

Əlil Təşilatları İttifaqı

 




Tarix:27/3/2022     www.old.udpo.az saytı Geri