Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.


Xocavənd, 10 oktyabr, AZƏRTAC

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoydu.

Məlumat verildi ki, Hadrut qəsəbəsində yerli əhali üçün inşa ediləcək məscidin minarəsi 26 metr olacaq. Eyni vaxtda 250 nəfərin ibadəti üçün nəzərdə tutulan məscidin ikinci mərtəbəsində qadınların ibadət otağı yerləşəcək. Məscidin fasadında xüsusi bəzək elementlərindən istifadə olunacaq.

Əlil Təşkilatları İttifaqı

 

Davud Rəhimli

 




Tarix:11/10/2021     www.old.udpo.az saytı Geri