Əlillik və reabilitasiya məsələləri ilə bağlı bölgələrdə görüşlər keçiriləcək


PRESS-RELİZ

 

25-05-2021

 

 

Əlillik və reabilitasiya məsələləri ilə bağlı
bölgələrdə görüşlər keçiriləcək

 

İlk belə görüş mayın 27-də Xaçmazda olacaq, əlilliyin qiymətləndirilməsi üçün səyyar əyani müayinələr aparılacaq

 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov tərəfindən əlillik və reabilitasiya məsələləri ilə bağlı bölgələrdə vətəndaşlarla görüşlər keçiriləcək. 

İlk belə görüş mayın 27-də Agentliyin Xaçmaz şəhərindəki Reabilitasiya Mərkəzində olacaq. Bölgə sakinlərinin əlilliyin qiymətləndirilməsi, reabilitasiya xidmətləri və vasitələri ilə təminatla bağlı müraciətləri cavabalandırılacaq, müvafiq hallarda əlilliyin qiymətləndirilməsi üçün yerində əyani müayinələr aparılacaq.

 Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan vətəndaşlar (050) 677 33 34 nömrəsinə zəng etməklə qəbula yazıla bilərlər. Əvvəlcədən tərtib edilmiş siyahı əsasında vətəndaşlar qəbul ediləcək.

 

Əlil Təşkilatları İttifaqı

   




Tarix:25/5/2021     www.old.udpo.az saytı Geri