Bu gün Ümumdünya Diabet Günüdür


Bu gün Ümumdünya Diabet Günüdür

Bu gün dünyada Diabet Günü kimi qeyd edilir. Diabet Günü 1991-ci ildən Beynəlxalq Diabet Federasiyasının(BDF) və Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) təşəbbüsü ilə qeyd edilir.

2006-cı ildən isə bu günü Birləşmiş Millətlər Təşkilatı(BMT) əlamətdar gün kimi qeyd etməyi üzv dövlətlərə tövsiyə edib.

 Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə)mütləqdir.

Dünyada hazırda 450 milyondan çox şəkərli diabetlə (ŞD) xəstə insan var. 2040-cı ildə bu say 642 milyon olması ehtimal edilir, 187 milyondan çox insan isə hələdə diabet olmasından xəbərsizdir.

Azərbaycanda 250 000 nəfər şəkərli diabetlə xəstə insanın olması rəsmi qeyd edilir.

Azərbaycan Diabet Liqası (ADL) həm Respublika, həm də beynəlxalq səviyyədə bu sahədə aktiv fəaliyyəti ilə tanınan qeyri-hökumət təşkilatıdır. Təşkilatın rəhbəri Yeganə xanım Sultanova başda olmaqla ADL komandasına yeni uğurlar arzulayırıq.

Əlil Təşkilatları İttifaqı 

Mətbuat Xidməti

 
 




Tarix:14/11/2020     www.old.udpo.az saytı Geri