“Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsinin onlayn bağlanış konfransı keçirilib.


18 iyun

Bu gün “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsinin onlayn bağlanış konfransı keçirilib. Konfrans Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı, bir sıra dövlət qurumu nümayəndələrini və vətəndaş cəmiyyəti təşkilatlarını bir araya gətirib.

Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının Azərbaycanın 37 şəhər və rayonunda həyata  keçirdiyi 27 aylıq layihə nəticəsində, 662 qadın sahibkarlıq üzrə bilik və bacarıqlar əldə edib və 129 qadın şəxsi biznesinə başlamaq üçün ilkin kapital maliyyəsi alıb.

Əlavə olaraq, layihə 1200 qadını hüquqi yardımla təmin edib və 650 gənc qız və qadın üçün erkən nikah və nikah müqaviləsi ilə bağlı maarifləndirmə sessiyaları təşkil edib.

9 yerli VCT-nin nümayəndələri təlimlərdə iştirak edərək və qrant əldə edərək, qadın sahibkarlığı, məişət zorakılığının qurbanlarına hüquqi yardım, təmiz su təminatı və şəhərlərin hər kəs üçün əlçatan edilməsi kimi bir sıra istiqamətlərdə təşəbbüslər həyata keçirib. Bütün bu təşəbbüslər birbaşa olaraq Dayanıqlı İnkişaf Məqsədlərini əhatə edib.  






Tarix:23/6/2020     www.old.udpo.az saytı Geri