Aprelin 20-də Azərbaycan Dillər Universitetinin Mülki Müdafiə və Tibbi Biliklərin Əsasları kafedrasının baş müəllimi Sədaqət xanım Musayevanın təşəbbüsü ilə "Autizm maarifləndirmə" mövzusunda tədbir keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd dünya əhalisinin 1%-nin əziyyət çəkdiyi və son dövrdə uşaqlarda rastlanan xəstəliklərdən sayılan autizm və autizmli uşaqlar haqqında məlumatlılığın artırılması olmuşdur. ADU-nun tərbiyyə işləri üzrə prorektoru Sərraf Hüseynov, rektor müşaviri Anar Qasımlı, kafedra müdiri Sevda Zamanova, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova və universitetin müəllim tələbə heyətinin iştirak etdiyi tədbirdə S. Musayeva tədbirin məramı barədə məlumat verdikdən sonra, Autizm Deffektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Bərpa Mərkəzinin Baş həkimi, Sağlamlığın Qorunması İctimai Birliyinin sədri Yazgül Abdiyeva, Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud RƏHİMLİ çıxışlarında autizmə aid məlumat vermişlər. Sonra tədbir iştirakçılarının sualları cavablandırılmışdır.




