“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda dəyirmi masa keçiriləcəkdir.
Hörmətli QHT, KİV-nin nümayəndələri və dəyərli dostlar !
Sizi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu tərəfindən həyata keçirilən “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsində nəzərdə tutulmuş tədbirlər planına uyğun olraq adiyyəti olan Dövlət qrumlarının, Millət Vəkillərinin, QHT, KİV-nin nümayəndələrinin birgə iştirakı ilə 17 oktyabr 2017-ci il tarixində, saat 12-00 da “Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda keçiriləcək dəyirmi masa toplantısına dəvət edirik.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr., 529-cu məhəllə, bina 23.
(Beynəlxalq Mətbuat Mərkəzinin Dəyirmi Massa zalı )
Hörmətlə, Azərbaycan Respublikası
«Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti Sərraf Oruc
Mobil: (+99455) 210 9716.