British Council 2016-cı ilin sentyabr ayından etibarən “Mədəniyyət və İnkişaf” mövzusunda pilot layihəsini həyata keçirir. Layihə çərçivəsində 2017-ci ilin mart ayında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin böyük dəstəyi ilə əlilliyi olan və olmayan rəqqaslardan ibarət olan dünya şöhrətli "Candoco" rəqs ansamblının Bakıya səfəri və onların iki hissəli valehedici tamaşasının nümayişi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində uğurla təşkil edilmişdir.
Layihənin ikinci mərhələsi kimi 26 sentyabr tarixində Holiday İnn otelində saat 10.00-dan 17.00-dək “ShapeArts” şirkəti tərəfindən aparılan teatr mütəxəssisləri üçün “Əlillik Bərabərliyi” adlı seminar təşkil olunmuşdur.
Seminarın məqsədi əlilliyi olan artistlər, incəsənət və vətəndaş cəmiyyəti sahəsində fəaliyyət göstərən təşkilatlara daha inkluziv və əlçatan mədəniyyət sektoru qurmaqda dəstək göstərməkdir.
Seminarın bütün işçi materialları British Council tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş və iştirakçılara təqdim edilmişdir.
Davud Rəhimli