Kiçik və orta sahibkarlığın inkişafina dəstək. Beyləqan
İyunun 19-da Azərbaycan Əlillər Cəmiyyəti İctiami Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdə əlillər arasında kiçik və orta sahibkarlığın inkişafina dəstəyin təşkili” layihəsi çərçivəsində Beyləqan rayonunda Kral otelində təlim keçirilib.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Təlimdə Qarabağ müharibəsi əlilləri, veteranları, aprel döyüşlərində əlil olanlar, digər sosial vəziyyəti ağır olan insanlar, ümumilikdə 42 nəfər iştirak etmişdir.
Layihənin rəhbəri Xədicə Mikayılova iştirakçılara layihənin mahiyyəti ilə bağlı geniş məlumat verərək bildirmişdirki, layihənin məqsədi bölgələrdə əlillər arasında kiçik və orta sahibkarlığın inkişafina dəstəyin təşkili və onlar arasında kiçik sahibkarlıq fəaliyyətinin dəstəklənməsində yardımların göstərilməsindən ibarətdir.
Təlimçi Məhluqə Rəhimova iştirakçılara layihədə nəzərdə tutulan proqrama əsasən geniş əhatəli təlim keçmişdir.
Davud Rəhimli