Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair
Milli Fəaliyyət Proqramı
(2014-2018-ci illər)
Proqramın məqsədi
v Əlilliyi olan şəxslərin cəmiyyətin tam hüquqlu və bərabər üzvləri olaraq qəbul olunması, onlara hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiə olunması.
v Əlilliyi olan şəxslərlə bağlı hüquqi bazanın təkmilləşdirilməsi.
v Əlilliyi olan şəxslərin maksimum müstəqil olmasının, eləcə də əqli, fiziki, sosial və peşə bacarığından tam şəkildə faydalanmasının təmin edilməsi.
v Əlilliyi olan şəxslərin cəmiyyətin digər üzvləri ilə bərabər şəkildə informasiya axtara, qəbul edə və ötürə bilməsini təmin edən şəraitin yaradılması.
v Bütün insanlarla bərabər şəkildə təhsil almaq və tam olaraq öz şəxsiyyətini, istedadını, yaradıcılığını, intellektual və fiziki potensialını reallaşdırmaq imkanın yaradılması.
v Açıq əmək bazarı şəraitində əlilliyi olan şəxslərin məşğulluğunu dəstəkləmək, peşə hazırlığı proqramları həyata keçirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və qarşıya çıxan maneələrin aradan qaldırılması.
v Mövcud infrastrukturun müəssərliyinin təmin olunması.
v Bütün səhiyyə xidmətlərindən bərabər istifadə imkanlarının yaradılması, əlilliyin erkən aşkarlanması və erkən müdaxilənin təmin olunması vasitəsi ilə qarşısının alınması və dərəcəsinin azaldılması.
v Sosial müdafiə sisteminə bərabər çıxış imkanlarının yaradılması, sosial xidmətlərin hər bir şəxsin ehtiyaclarının düzgün qiymətləndirilməsinin təmin edilməsi, bu cür xidmətlərin əlilliyi olan şəxslərin təcrid olunmasına deyil, onların cəmiyyətə inteqrasiyasının təmin edilməsinə yönəltmək
v Əlilliyi olan şəxslərin yerli, regional, milli və beynəlxalq səviyyələrdə sosial, ictimai və siyasi həyatda iştirak edə bilməsini təmin edən və dəstəkləyən mühitin yaradılması.
v Əlilliyi olan şəxslərlə bağlı etibarlı və müqayisəli tədqiqat məlumatlara əsaslanan proqram və layihələrin həyata keçirilməsi.
v Əlilliyi olan şəxslərin potensialının təbliğ olunması və bu barədə məlumatlılığın artırılması.
1. II. Gözlənilən nəticələr:
v Əlillərlə bağlı dövlət siyasətini müəyyən edən qanunvericilik aktlarının əlilliyi olan şəxslər üçün müyəssərliyinin təmin edilməsi.
v Cəmiyyətin bütün sahələrində əlilliyi olan şəxslərə bərabər imkanların yaradılması.
v Əlilliyi olan şəxslərin azad seçim imkanlarının yaradılması və cəmiyyətdə effektiv iştirakının təmin edilməsi.
v Əlilliyi olan şəxslər üçün informasiya mühitinin genişləndirilməsi.
|
Sıra № |
Tədbirin adı |
İcraçı təşkilatlar |
İcra müddəti |
|
|||
|
1.1. |
Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar barədə dövlət siyasətini müəyyən edən milli qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı təkliflərin hazırlanması. |
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi |
2014-2018 |
|
1.2. |
Azərbaycan Respublikasının tərəfdar çıxdığı BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2006-cı il 13 dekabr tarixli Konvensiyasının tətbiqi ilə bağlı fəaliyyətin əlaqələndirilməsi, təşviqi, müdafiəsi və monitorinqi mexanizminin normativ hüquqi bazasının yaradılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması. |
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının iştirakı ilə |
2014-2018 |
|
1.3. |
Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxmadığı beynəlxalq müqavilələrin nəzərdən keçirilməsi, həmin sənədlərə və Yenidən baxılmış Avropa Sosial Xartiyasının 15-ci maddəsinə ölkəmizin qoşulması istiqamətində təkliflər hazırlanması.
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının iştirakı ilə |
2014-2018 |
|
1.4. |
Əlilliyi olan şəxslərin və 15 yaşı tamam olan sağlamlıq imkanları məhdud uşaqların məşğulluğunun təmin edilməsi məqsədilə işəgötürənlərə vergi və sığorta güzəştlərinin müəyyən olunması barədə təkliflərin hazırlanması. |
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi
|
2015 |
|
1.5. |
Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş həvəsləndirmə mexanizmlərinin tətbiq edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması. |
Nazirlər Kabineti, Vergilər Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi
|
2014-2015 |
|
2. Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sağlamlığının mühafizəsi və tibbi-sosial reabilitasiyası
|
|||
|
2.1. |
Əlilliyin minumuma endirilməsi üçün erkən aşkarlama və müdaxilə proqramlarının təbliği və tətbiq olunması. |
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
mütəmadi |
|
2.2. |
Əlilliyin səbəbi olan genetik xəstəliklərin öyrənilməsi məqsədi ilə laboratoriyaların yaradılması və əhali arasında sağlam həyat tərzinin təbliğinə yönəlmiş tədbirlərin həyata keçirilməsi. |
Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
2014-2018 |
|
2.3. |
Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sağlamlıqlarının davamlı olaraq yaxşılaşdırılması və onlara profilaktik tibbi-sosial reabilitasiya xidmətlərin göstərilməsi məqsədi ilə Bakı şəhərində və regionlarda sağlamlıq sanatoriyalarının, idman sağlamlıq mərkəzlərinin yaradılması. |
Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
2014-2018 |
|
2.4. |
Loqoped və pedaqoq ixtisası olan şəxslərin müxtəlif profilli reabilitoloq ixtisaslarına yiyələnmələri üçün müasir tədris proqramları əsasında ixtisaslaşdırılmış kursların təşkili |
Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi |
2014-2018 |
|
2.5. |
İnkişafdan geri qalmış uşaqlara və onların valideynlərinə, yaxın qoxumlarına psixoloji və metodik köməklik göstərilməsi məqsədilə tibb müəssisələrində kabinetlərin yaradılması |
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
2014-2015 |
|
2.6. |
Abilitasiya və reabilitasiya imkanlarını dəstəkləyən köməkçi texnologiyaların və qurğuların istifadəsinin təşviq edilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi |
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
mütəmadi |
|
2.7. |
Reabilitasiya vasitələrinin istehsalı sənayesinin yaradılması üçün təkliflərin hazırlanması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi
|
2015 |
|
2.8. |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan və tabeliyində olan sosial xidmət müəssisələrinin ixtisaslaşdırılması barədə müvafiq təkliflərin hazırlanması |
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi |
2014-2015 |
|
2.9. |
Bakıda və respublikanın digər böyük şəhərlərində surdoloji mərkəzlərin açılması, bu mərkəzlərdə işləmək üçün eşitmə qabiliyyəti pozulmuş insanların mimikasını bilən xüsusi işçi heyətinin hazırlanması |
Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
2014-2018 |
|
2.10. |
Anadangəlmə və ya sonradan qazanılmış eşitmə problemi olan şəxslərə eşitmə qabiliyyətini qaytaran daxili qulagın protezləşməsi (koxlear implantasiya) əməliyyatı sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək ölkəmizdə tətbiq edilməsi və bu əməliyyatın dövlət vəsaiti hesabına həyata keçirilməsi. Neonatal mərhələdə uşaqların eşitmə və görmə qabiliyyətinin müəyyən olunması. |
Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi |
2014-2018 |
|
2.11. |
Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsində ictimaiyyətin iştirakını təmin etməklə səhiyyə müəssisələrinin və tibbi-sosial ekspert komissiyalarının fəaliyyətinə dövlət nəzarətinin və ictimai nəzarətin daha da gücləndirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və aidiyyətı qeyri-hökumət təşkilatlarının iştirakı ilə |
mütəmadi |
|
2.12. |
Uşaqlar üçün regional tibbi-sosial reabilitasiya müəssisələrinin təşkil edilməsi və icma-əsaslı sosial reabilitasiya xidmətlərinin yaradılması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi |
2014-2018 |
|
2.13. |
Naxçıvan, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Lənkəran şəhərlərində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların texniki reabilitasiya vasitələrinin təmiri üçün xüsusi emalatxanaların yaradılması. |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi |
2014-2016
|
|
3. Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və həyat şəraitinin yaxşılaşdırılması tədbirləri. Əlilliyin müəyyən olunması və TSEK-lərın fəaliyyətinin təkmilləşdirilməsi |
|||
|
3.1. |
Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sərbəst hərəkətini asanlaşdıran keyfiyyətli vasitələrlə, qurğularla təmin olunması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
2014-2018 |
|
3.2. |
Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı məsrəflərinin dövlət tərəfindən qarşılanması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, |
2014-2018 |
|
3.3.
|
Dayaq-hərəkət sisteminin pozğunluğu səbəbindən əlilliyi olan şəxslərin sosial - məişət reabilitasiyası üçün müyəssər şəraitə malik yaşayış sahəsi modellərinin hazırlanması.
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Yerli icra hakimiyyəti orqanları |
2015-2017 |
|
3.4. |
Əlilliyi olan şəxslərə mənzil alınması və regionlarda fərdi mənzil tikintisi üçün uzun müddətli, güzəştli kreditlər, ipoteka verilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi. |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurası |
2015-2016 |
|
3.5. |
Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi məqsədilə mövcud sosial xidmətlərin təkmilləşdirilməsi və yenilərinin yaradılması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları
|
2014-2018 |
|
3.6. |
Qeyri-hökumət təşkilatlarının əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial problemlərinin həllinə, informasiya təminatına, hüquqi, tibbi və psixoloji maarifləndirilməsinə yönəlmiş layihələrinin dəstəkləməsi və əlaqələndirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu |
2014-2018 |
|
Əlilliyi olan şəxslərin və sağlamlığı məhdud uşaqların təhsilinin və peşəyönümünün yaxşılaşdırılması |
|||
|
4.1. |
Sağlamlıq imkanları məhdud uşaqların və gənclərin təhsilinin təşkili formalarının təkmilləşdirilməsi, onların inkluziv təhsilə (məktəbəqədər, ibtidai, orta, texniki, peşə və ali təhsilə) cəlb olunması üçün şərait yaradılması. |
Təhsil Nazirliyi |
2014-2018 |
|
4.2. |
Təhsil müəssisələrində mövcud infrastrukturun əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sərbəst hərəkətlərinə uyğunlaşdırılması. |
Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
2014-2018 |
|
4.3. |
Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların təhsilində elektron təhsil texnologiyalarının tətbiqi |
Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
2016 |
|
4.3. |
Test imtahanlarının standartlara uyğunlaşdırılması, xüsusi qabiliyyət tələb edən imtahanlar zamanı hazırlıq işlərinin təşkili |
Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası |
2014 |
|
4.4. |
Brayl əlifbasını, alternativ şriftləri, surdo tərcüməni bilən peşəkar kadrların hazırlanması və təhsil müəssisələrinə cəlb edilməsi |
Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
2014-2018 |
|
4.5. |
Fərdi tələbatı nəzərə almaqla və metodiki vəsaitlərlə təmin etməklə effektiv tədrisin yüngülləşdirilməsi, əlilliyi olan şəxslərin elmi və sosial inkişafı üçün müvafiq dəstəyin göstərilməsi |
Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
2014-2018 |
|
4.6. |
Jest dilinin və alternativ ünsiyyət üsullarının və ünsiyyətin bütün digər mümkün metod və formalarının tətbiqinin genişləndirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi. |
Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
2014-2018 |
|
4.7. |
Sağlamlığında problemləri olan uşaqlar üçün fərdi inkişaf proqramlarının tərtib olunaraq həyata keçirilməsi |
Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
mütəmadi |
|
4.8. |
Əqli və fiziki inkişafı, fərdi istedad və bacarığı nəzərə alınmaqla sağlamlıq imkanları məhdud uşaqların arzu etdikləri yerlərdə inklüziv təhsilə cəlb olunması |
Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
mütəmadi |
|
4.9. |
Görməyən, eşitməyən sağlamlıq imkanları məhdud uşaqların təhsilinə dəstək üçün yardım mərkəzlərinin yaradılması |
Təhsil Nazirliyi |
2014-2018 |
|
4.10. |
Məktəbəqədər tərbiyə müəssisələrində və ümumtəhsil məktəblərində erkən yaşlardan başlayaraq bütün uşaqlarda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqlarına hörmət hisslərinin təbliğ edilməsi məqsədilə tədbirlərin görülməsi, dərsliklərə bu barədə mövzu salınması. |
Təhsil Nazirliyi aidiyyətı qeyri-hökumət təşkilatlarının iştirakı ilə |
mütəmadi |
|
5. Əlilliyi olan şəxslərin və15 yaşı tamam olmuş sağlamlıq imkanları məhdud uşaqların məşğulluğunun təmin edilməsi. |
|||
|
5.1. |
Əlilliyi olan şəxslərin və 15 yaşı tamam olmuş sağlamlıq imkanları məhdud uşaqların məşğulluğunun təmin edilməsi sahəsində müvafiq dövlət orqanları, həmkarlar ittifaqları, işəgötürənlər və qeyri – hökumət təşkilatları arasında əlaqələndirmə işinin təkmilləşdirilməsi |
Azərbaycan Respublikasının Prezidenti yanındaQeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, yerli icra hakimiyyəti orqanları
|
2014-2015
|
|
5.4. |
Müəssisə və təşkilatlarda əlilliyi olan şəxslər və 15 yaşı tamam olmuş sağlamlıq imkanları məhdud uşaqlar üçün qanunvericiliklə müəyyən olunmuş kvotaya əməl edilməsinə nəzarətin gücləndirilməsi və təmin edilməsi. |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu vəaidiyyəti orqanlar |
mütəmadi |
|
5.5. |
“Əlilliyi olan şəxs xidmətləri” və “Əlilliyi olan şəxslərə icma dəstək” layihələrinin həyata keçirilməsi. |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi şurası |
2014-2018 |
|
5.6. |
Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara xalq sənəti növlərinin öyrədilməsi üçün tədbirlərin görülməsi.
|
Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi |
mütəmadi |
|
5.7. |
Əlilliyi olan şəxslər və 15 yaşı tamam olmuş sağlamlıq imkanları məhdud uşaqların əhali üçün nəzərdə tutulan əmək yarmarkalarında iştiraklarının təmin olunması və lazım gəldikdə ixtisaslaşmış əmək yarmarkalarının keçirilməsinin təşkil edilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
mütəmadi |
|
5.8. |
Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün peşə hazırlığı proqramlarının hazırlanması və həyata keçirilməsi |
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi |
2014-2018 |
|
5.9. |
Regionlarda əlilliyi olan şəxslərin və 15 yaşı tamam olmuş sağlamlıq imkanları məhdud uşaqların xüsusi proqramlara əsasən daimi və müvəqqəti işlə təmin olunması işinin təşkili |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Yerli icra hakimiyyəti orqanları |
mütəmadi |
|
5.10. |
Əlilliyi olan şəxslərin və 15 yaşı tamam olmuş sağlamlıq imkanları məhdud uşaqların haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Yerli icra hakimiyyəti orqanları |
mütəmadi |
|
5.11. |
Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqlar üçün psixoloji və peşəyönümü testlərinin, metodiki vəsaitlərin hazırlanması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi |
2014-2015 |
|
6. Əlilliyi olan şəxslərinvə sağlamlıq imkanları məhdud uşaqların informasiya və kommunikasiya texnologiyalarından istifadəsi üçün şərait yaradılmasına yönəldilmiş tədbirlər |
|||
|
6.1. |
Tam hərəkətsiz yaxud hərəkət qabiliyyəti məhdud əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar xidmət sektorunun yaradılması (kitabxana, mətbuat, poçt xidmətləri). |
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Yerli icra hakimiyyəti orqanları |
mütəmadi
|
|
6.2. |
Respublikanın şəhərlər və rayonlarında informasiya texnologiyaları mərkəzlərinin əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün uyğunlaşdırılması |
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Yerli icra hakimiyyəti orqanları |
2014-2018
|
|
6.3. |
Eşitmə, görmə qabiliyyətinin məhdud olması səbəbindən əlilliyi olan şəxslərin informasiya və kommunikasiya texnologiyalarına qoşulmaları üçün texniki dəstəyin verilməsi, mobil operatorlar vasitəsi ilə onlar üçün xüsusi informasiya məlumat növünün yaradılması. |
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
2014-2018
|
|
6.4. |
Kompüter və mobil informasiya texnologiyaları sahəsində görməyənlərin və zəif görənlərin istifadəsi üçün səsli proqramların alınması və onların tətbiqi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi.
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
2014-2018 |
|
6.6. |
Tibbi-Sosial Ekspert Komissiyalarının işinin avtomatlaşdırılması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi |
2014-2015 |
|
6.7. |
Mövcud qaynar xətlər çərçivəsində əlilliyi olan şəxslərin müraciətlərinə baxılması |
Bütün mərkəzi icra hakimiyyəti orqanları |
2014 |
|
6.8. |
Qeyri-hökumət təşkilatlarının iştirakı ilə, Audio yazılı, səsli, bədii, siyasi, ensiklopedik və elmi nəşrlərin mühüm məlumatların surdo tərcümə ilə verilməsinin təmin edilməsi istiqamətində pilot layihə keçirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi |
2014-2018 |
|
6.9. |
Əlilliyi olan şəxslərin şəxsi məlumatlarının məxfiliyini nəzərə alan texnologiyalardan istifadə etməklə müəssisələrdə (hüquq mühafizə, maliyyə, notarius) sərbəst yazmaq, oxumaq imkanlarının təmin edilməsi |
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi |
mütəmadi |
|
6.10. |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “internet” informasiya kommunikasiya şəbəkəsində olan rəsmi saytlarının gözdən əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması. |
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
2014-2018 |
|
6.11. |
Əlilliyi olan şəxslərin dövlətin siyasi həyatında iştirakı üçün uyğun şəraitin yaradılması. |
Mərkəzi Seçki Komissiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
2014-2018 |
|
6.12 |
Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların informasiya və kommunikasiya texnologiyalarından istifadə etməsini dəstəkləmək üçün təlimlər və digər müvafiq tədbirlər həyata keçirtmək |
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi |
2014-2018 |
|
6.13 |
Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların həyat səviyyəsinin qiymətləndirilməsi məqsədilə sorğuların keçirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi |
2014-2018 |
|
7. İstifadədə olan infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların istifadəsi üçün uyğunlaşdırılması tədbirləri
|
|||
|
7.1. |
Müyəssər şəraitin yaradılması istiqamətində elmi-metodiki, informasiya və məlumat-sorğu vəsaitlərinin hazırlanması və nəşr etdirilməsi. |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi,Nəqliyyat Nazirliyi
|
2014-2015 |
|
7.2. |
Fəaliyyətdə olan sosial, ictimai, nəqliyyat, dövlət və qeyri-dövlət obyektlərinin infrastrukturlarının, informasiya və rabitə vasitələrinin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tələbatına görə uyğunlaşdırılması üçün inventarizasiyasının və təsnifatlaşdırılmasının aparılması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi,Fövqəladə Hallar Nazirliyi, Dövlət şəhərsalma və arxitektura Komitəsi, Bakı şəhər İcra hakimiyyəti, yerli icra hakimiyyəti orqanları |
2014-2018 |
|
7.3. |
Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün müyəssər şəraitin yaradılmasına nəzarətin həyata keçirilməsi məqsədilə qüvvədə olan normativlərə və standartlara riayət etməklə ekspertiza, monitorinq və nəzarət sisteminin yaradılması. |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi,Fövqəladə Hallar Nazirliyi, Dövlət şəhərsalma və arxitektura Komitəsi, Bakı şəhər İcra hakimiyyəti, yerli icra hakimiyyəti orqanları |
2014-2015 |
|
7.4. |
İstifadədə və tikilməkdə olan infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların istifadəsi üçün uyğunlaşdırılması məqsədilə tədbirlərin görülməsi.
|
Nazirlər Kabineti, Fövqəladə Hallar Nazirliyi, aidiyyəti nazirliklər, komitə və birliklər, yerli icra hakimiyyəti orqanları |
mütəmadi
|
|
7.5. |
Əlilliyi olan şəxslərinvə sağlamlıq imkanları məhdud uşaqların nəqliyyatdan sərbəst istifadələri üçün müvafiq tədbirlərin həyata keçirilməsi. |
Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi |
mütəmadi
|
|
7.6. |
Metro stansiyalarının əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların istifadəsi üçün uyğunlaşdırılması. |
Bakı şəhər Baş Metropoliten İdarəsi |
2014-2018
|
|
7.7. |
Bakı, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində əhalinin sıx yaşadığı yerlərdəki sərnişin marşrutlarında qaldırıcı liftə malik iri tutumlu nəqliyyat vasitələrindən istifadənin təmin edilməsi. |
Nəqliyyat Nazirliyi, Yerli icra hakimiyyəti orqanları |
2014-2018
|
|
7.8. |
Dayaq hərəkət sistemində problemi olan, əlil arabasında hərəkət edən şəxslərin çimərliklərdən sərbəst istifadə etmələri üçün şəraitin yaradılması.
|
Fövqəladə Hallar Nazirliyi, Yerli icra hakimiyyəti orqanları |
2014-2015
|
|
7.9. |
Bankomatların, telefon avtomatların, poçt terminallarının, keçid turniketlərinin, lift, tunel keçidlərinin, eskalator və digər avtomat qurğularının əlilliyi olan şəxslərə uyğunlaşdırılması. |
Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmək və əhalinin sosial müdafiəsi nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Nəqliyyat Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət şəhərsalma və arxitektura komitəsi |
2014-2018
|
|
7.10. |
İctimai binaların qarşısında obyekt və xidmətə dair Brayl qabartma üsulu ilə və ya digər uyğun formatlarda xəritə və məlumatların yerləşdirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Yerli icra hakimiyyəti orqanları, Dövlət şəhərsalma və arxitektura komitəsi |
2014-2018 |
|
7.11. |
Fövqəladə hallar zamanı əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların müdafiəsinin və təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin görülməsi. |
Fövqəladə Hallar Nazirliyi |
mütəmadi |
|
8. Əlilliyin dərki, əlliyi olan şəxslərin potensialının təbliğ olunması, mədəni həyatda iştirakının, istirahətinin və idman tədbirlərinin təşkili |
|||
|
8.1. |
Əlilliyi doğuran səbəblər və əlilliyin qarşısının alınmasının profilaktikası barədə metodiki vəsaitlərin hazırlanması, nəşr edilməsi və maarifləndirici video çarxların çəkilməsinin təşkili. |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi |
2014-2018 |
|
8.2. |
Əlilliyi olan şəxslərin turizm, asudə vaxt və idman fəaliyyətləri ilə bağlı xidmətlərdən istifadə imkanlarının genişləndirilməsi. |
Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi |
2014-2018 |
|
8.3. |
Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların beynəlxalq müsabiqə, seminar və simpoziumlarda iştirakını təmin etmək üçün tədbirlərin görülməsi. |
Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsi |
mütəmadi |
|
8.4. |
Yaradıcılıq fəaliyyəti ilə məşğul olan əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əsərlərindən ibarət toplu və albomların nəşr edilməsi, onların yaradıcılıq təşkilatlarının işində bərabərhüquqlu üzv kimi iştirakını təmin edən tədbirlərin görülməsi.
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Yazıçılar Birliyi, Rəssamlar İttifaqı Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi |
mütəmadi
|
|
8.5. |
Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün kinoteatrlarda, teatrlarda, muzeylərdə və digər bu kimi kütləvi informasiyanı əhatə edən mühitlərdə təsvirlərin proqramlar vasitəsi ilə (buraya titrlər, kadraltı yazılar, audio təsvirlər və əl işarələri daxil ola bilər) şərh edilməsi. |
Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi |
mütəmadi |
|
8.6. |
Əlilliyi olan şəxslərin potensialının cəmiyyətə təqdim olunması məqsədi ilə proqramların hazırlanması. |
Bütün mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, “Azərbaycan Televiziyası və Radio verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, ”İctimai Televiziya və Radio verilişləri Şirkəti |
mütəmadi
|
|
8.7. |
Əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq idmançıların ölkə daxilində və beynəlxalq yarışlarda iştirakının təmin edilməsi məqsədilə fiziki hazırlığın və maddi-texniki bazanın yaxşılaşdırılması. |
Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
2014-2018
|
|
8.8. |
Televiziya kanallarında müxtəlif informasiya xarakterli verilişlərin eşitmə qabiliyyəti pozulmuş əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün surdo tərcüməçinin təmin olnması, publisistik, elmi-kütləvi və mədəni-maarif yönümlü tele-radio proqramlarının onların tələbatına uyğunlaşdırılması. |
Azərbaycan “Televiziyası və Radio verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, “İctimai” Televiziya və Radio verilişləri Şirkəti |
mütəmadi |
|
8.9. |
Kütləvi informasiya vasitələrində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqları sahəsində məsələlərin geniş işıqlandırılması, h& Tarix: www.old.udpo.az saytı Geri | ||