“Hamı üçün bərabər imkanlar – əlilliyi olan şəxslər üçün menəsiz mühitin yaradılmasına dəstək”
“Hamı üçün bərabər imkanlar – əlilliyi olan şəxslər üçün menəsiz mühitin yaradılmasına dəstək”
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Maliyyə dəstəyi ilə “Hamı üçün bərabər imkanlar – əlilliyi olan şəxslər üçün menəsiz mühitin yaradılmasına dəstək” layihəsinin icrasına başlamışdır.
Layihənin əsas mahiyyətinə aşağıdakılar daxildir:
-
İnfrastrukturun monitorinqi aparılaraq obyektlərin, nəqliyyatın əlilliyi olan şəxslərə əlçatanlığının qiymətləndirilməsi;
-
Pasportlaşdırılmanın aparılması;
-
İctimai dinləmə, dəyirmi masa, təlim, müxtəlif tədbir formaları vasitəsi ilə maarifləndirmə;
-
İxtisaslaşmış mütəxəsis qrupunun yaradılması ilə ehtiyacların dəyərləndirilməsi, layihələndirmə, universal dizayn, material, texniki təminat, qismən istehsal və sifariş xidmətlərinin həyata keçirilməsidir.
Layihənin müddəti 6 aydır.