Reyhan İsgəndərli və Sevil İbrahim qızının yaradıcılıq gecəsi
Əlil Qadınlar Cəmiyyəti Sumqayıt şəhər şöbəsinin iki gözəl, istedadlı üzvü Reyhan İsgəndərli və Sevil İbrahim qızının yaradıcılıq gecəsi Sumqayıt şəhər “Kövsər” şadlıq evində təşkil olundu. Reyhan İsgəndərli, Sevil İbrahim qızının sözlərinə yazılmış mahnıların təqdimat mərasimində Sumqayıt şəhər ziyalıları ilə birgə tədbirdə tanınmış yazıçılar,şairlər,müğənilər,QHT-rəhbərləri,dövlət və KİV nümayəndələri iştirak etdilər. Tədbirdə Reyhan İsgəndərli 50 illik yubleyi münasibəti ilə "Əlil Təşkilatları İttifaqı", Əlil Qadınlar”Cəmiyyəti Sumqayıt şöbəsi və “Loğman” Qaçqınlara Dayaq Mərkəzi İctimai Birliyinin xüsusi hədiyyə və diplomu ilə təltif olundu. ”Əlil Qadınlar” Cəmiyyəti Sumqayıt şəhər şöbəsi üzvüləri də Reyhan və Sevil xanımı təbrik etdilər. Tədbir müğənilərin gözəl çıxışları ilə davam etdi.