Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) www.udpo.az veb portalı NETTY2015 Azərbaycan Milli İnternet Mükafatının qalibi olub.
Nominantlar sırasından seçilən qaliblərin rəsmi mükafatlandırma mərasimi mayın 20-də keçirilib.
Qeyd edək ki, adıçəkilən portal Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Maliyyə dəstəyi ilə İnformasiya və Yüksək texnologiyalar Nazirliyinin Məlumat Hesablama mərkəzi tərəfindən yaradılmışdır.