20-22 fevral 2019-ci il tarixdə BMT-nin Vyanadakı qərargahında əlilliyi olan şəxslərə dair “Maneəsiz mühit – İnovativ siyasət və inovativ təcrübələr” mövzusunda konfrans keçirilmişdir. Konfransda 83 ölkədən, beynəlxalq təşkilatlardan 500 nümayəndə iştirak etmişdir. Əlillliyi olan şəxslər üçün maneəsiz mühitin yaradılması ilə bərabər imkanların yaradılmasına dəstək ola biləcək inovativ metotlar, müsbət təcrübələr, əməkdaşlıq məsələləri istiqamətlərində müzakirələr və fikir mübadiləsi olmuşdur. Konfransda Azərbaycan Respublikası tərəfindən Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli çıxış etmiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.