“Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tempus layihəsinin əsas məqsədi əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasına zəmin yaratmaq və bu sahədə Avropa təcrübəsini Azərbaycan univeritetlərində tətbiq etməkdən ibarətdir. Layihənin digər məqsədləri aşağıdakılardır:
Azərbaycanın Ali təhsil müəssisələrinə əlilliyi olan tələbələrin cəlb edilməsi və dəstəklənməsi üçün uyğun siyasətin və təlimatların hazırlanması
Ali Təhsil Müəssisələrində, tələbələrin, müəllimlərin və işçilərin təlimləndirilməsi;
Yerli tərəfdaş Universitetlərdə “Əlilliyi olan tələbələr üçün Mərkəz”lərin yaradılması;
Layihə barədə ictimaiyyətin məlumatlandırılması
Layihə zamanı əldə edilən nəticələr:
Əməkdaşlar
Azərbaycan
Xəzər Universiteti (koordinator)
Gəncə Dövlət Universiteti
Naxçıvan Dövlət Universiteti
Sumqayıt Dövlət Universiteti
Lənkəran Dövlət Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti
Əlil Təşkilatları İttifaqı
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Avropa Birliyi
Human European Consultancy (Niderland)
Lodz Universiteti (Polşa)
Makedoniya Universiteti (Yunanıstan)
Qraz Universiteti (Avstriya)