Azərbaycan Gözdən Əlillər Cəmiyyəti (GƏC) Beynəlxalq Korlar Günü ilə bağlı dəyirmi masa keçirib
Azərbaycan Gözdən Əlillər Cəmiyyəti (GƏC) Beynəlxalq Korlar Günü ilə bağlı dəyirmi masa keçirib.
Dəyirmi masada gözdən əlil vətəndaşların sosial-iqtisadi sferada qarşılaşdıqları problem və çözüm yolları, eləcə də aidiyyatı orqanlarla GƏC-in bu sahədə olan münasibəti müzakirə edilib.
Tədbirdə çıxış edən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin prezidenti Səmyar Abdullayev bildirib ki, cəmiyyətimiz tərəfindən aparılan danışıqlar prosesində I dərəcəli gözdən əlillərin əlillik pensiyalarında nisbi artım müşahidə edilir. Cəmiyyətimizin daha bir nailiyyəti yaşamaq üçün yararsız, qeyri-yaşayış sahələrində məkunlaşan şəxslərin mənzil şəraiti ilə təmin edilməsi istiqamətində atılan addımlardır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözdən əlillər üçün tikintisi başa çatdırılmaq üzrə olan mənzillərdə 32 gözdən əlil ailə məskunlaşacaq".
Dəyirmi masada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Respublika Baş Məşğulluq İdarəsinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Ombudsman Aparatının, Prezident yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Əlil Təşkilatları İttifaqının nümayəndələri də iştirak edib.
Tədbirin sonunda Böyük Britaniyanın "OXFAM" Humanitar Təşkilatının maliyyə, "İNTERNYUS Azərbaycan" İctimai Birliyinin texniki dəstəyi ilə rejissor Gültəkin Nərimanın hazırladığı "Zülmətlə Mübarizə" filmi nümayiş etdirilib.