QHT əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasına çalışacaq


 

http://www.qhtxeber.az/temp/Blue/images/arrow.gifQHT əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasına çalışacaq

+  -  Çap

Yerləşdirilib: 29.01.13 | Baxılıb: 64

http://www.qhtxeber.az/up/news/article/2013%202013%202013%202013%202013%202013%202013%202013%20BISMILLAH/yanvar/29%20yanvar/eti.jpg

qhtxeber.az// Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" Beynəlxalq Hümanitar Təşkilatının dəstəyi ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsinin icrasına başlayıb.  
Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur. Layihədəki fəaliyyətlər iki il yarım müddətdə yerinə yetiriləcəkdir.
Eyni zamanda layihə çərçivəsində ictimai görüşlər, dəyirmi masalar və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Fəaliyyət planına uyğun olaraq 28 yanvar 2013-cü il tarixdə Gəncə şəhərində “Hamı üçün bərabər hüquqlar və bərabər imkanlar”mövzusunda konfrans keçirilib.
Hökumət, QHT, KİV nümayəndələri və əlilliyi olan şəxslərin iştirakı ilə keçirilən tədbirdə əlilliyin vəziyyəti, statistikası, əlilliyi olan insanların sosial problemləri və onların həlli yolları haqqında çıxışlar və müzakirələr olub. 
Konfransı giriş sözü ilə Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli açıb və məruzəsi dinlənilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Sosial Müdafiəsi Şöbəsinin sektor müdiri İsgəndər Müstafayev, “Dünyaya Baxış” (World Vision) beynəlxalq hümanitar təşkilatının layihə rəhbəri Vüqar Əhmədov, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Əsgər Babazadə, Ombudsmanın Gəncə Regional Mərkəzinin baş məsləhətçisi Səbuhi Abbasov, İREX-in Gəncə üzrə koordinatoru Gahancir Gahancirov, QHT rəhbərləri Elmira İsmayılova, Həsən Hüseyinli çıxış ediblər. Çıxışlar ətrafında müzakirələr olub, rəy və təkliflər verilib.  

 

 

 




Tarix:19/2/2013     www.old.udpo.az saytı Geri