Azərtac. UDPO-WV


Xaçmazda “Əlilliyi olan insanların sosial hüquqları” mövzusunda “dəyirmi masa” keçirilmişdir-A +A
01.06.2012 [17:49]

Bakı, 1 iyun (AzərTAc). Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) “Dünyaya Baxış” Beynəlxalq Humanitar Təşkilatının dəstəyi ilə “Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik” layihəsini həyata keçirməyə başlamışdır.
Layihənin məqsədi əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin “Əlilliyi olan insanların hüquqları haqqında” Konvensiyasından irəli gələn hüquqi islahatların həyata keçirilməsinə töhfənin verilməsi nəzərdə tutulur.
Layihə iki il yarım müddətdə yerinə yetiriləcəkdir.
Eyni zamanda, layihə çərçivəsində ictimai görüşlər, “dəyirmi masa”lar və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
ƏTİ-nin mətbuat xidmətdən AzərTAc-a bildirmişlər ki, fəaliyyət planına uyğun olaraq Xaçmaz şəhərində “Əlilliyi olan insanların sosial hüquqları” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin, Əlilliyin Bərpa Mərkəzinin, QHT-lərin, KİV-lərin nümayəndələri, valideynlər mövzu ətrafında geniş müzakirələr aparmış, əməli təkliflər irəli sürmüşlər.

 






Tarix:1/6/2012     www.old.udpo.az saytı Geri