GÜLƏN ÇOCUQ FESTİVALI

İstanbulda “VI Gülən uşaqlar şənliyi” start götürüb. Türkiyə onurğa-ilik ifliclilər dərnəyinin təşkil etdiyi, dünyanın bir çox ölkəsindən əlil, şikəst, lal-kar uşaq və yeniyetmənin qatıldığı şənliyə Azərbaycandan Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda (ƏBƏU) cəmiyyətinin qatılıb. (apa)
Şənliyin açılış mərasimində iştirak edən Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda (ƏBƏU) cəmiyyətinin əməkdaşı Esmiralda Rəhimova APA-ya açıqlamasında yaxın gələcəkdə beynəlxalq miqyaslı tədbirlərin Azərbaycanda da keçirilməsi üçün hazırlıqlar apardıqlarını deyib: “Bu işlərlə beynəlxalq səviyyədə məşğul olmağımız ölkəmizin dünyadakı humanist imicini daha da gücləndirəcəkdir”.