14. Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu, 2011-ci il


Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2012-ci il üçün yaşayış minimumu ölkə üzrə 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 dekabr 2011-ci il

№ 259-IVQ

 




Tarix:     www.old.udpo.az saytı Geri