Ünvanlı dövlət sosial yardımı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir.
M a d d ə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur:
1.0.1. ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd;
1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər;
1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu;
1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi;
1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə;
1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.
M a d d ə 2. Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi
Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
M a d d ə 3. Sosial yardım almaq hüququ olan ailələr
Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
M a d d ə 4. Sosial yardımın məqsədi və prinsipləri
4.1.Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir.
4.2.Sosial yardımın əsas prinsipləri aşağıdakılardan ibarətdir:
M a d d ə 5. Sosial yardımın maliyyə mənbəyi
Sosial yardım dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
Maddə 6. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi
6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.
6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
M a d d ə 7. Sosial yardımın məbləği
M a d d ə 8. Sosial yardımın təyin olunması müddəti
8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. [1]
8.2 Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.
M a d d ə 9. Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər
9.0. Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:
9.0.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, qocalar , əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər); [2]
9.0.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;
9.0.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;
9.0.4. axtarışda olan şəxslər;
9.0.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;
9.0.6. əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla). [3]
M a d d ə 10. Sosial yardım almaq hüququna yenidən baxılması
10.3. Sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatların verilməməsi, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün olmayan məlumatların verilməsi səbəbindən artıq yardım ödənildiyi hallarda, sosial yardım alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanına qaytarmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
M a d d ə 11. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
M a d d ə 12. Qanunun qüvvəyə minməsi
Bu Qanım 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 oktyabr 2005-ci il
№ 1039–IIQ
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1] 13 iyun 2008-ci il tarixli 641-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 474) ilə 8.1-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
8.1. Sosial yardım almaq üçün istənilən ayın 15-dək müraciət edildikdə həmin ayın 1-dən, ayın 15-dən sonra müraciət edildikdə isə növbəti ayın 1-dən 6 ay müddətinə təyin olunur;
[2] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 9.0.1-ci maddəsində “və əlillər” sözləri “, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar” sözləri ilə əvəz edilmişdir, “internat evlərində” sözlərindən sonra “, xüsusi təhsil müəssisələrində” sözləri əlavə edilmişdir.
[3] 13 iyun 2008-ci il tarixli 641-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 474) ilə 9.0.6-cı maddədə “əcnəbilər” sözündən sonra “(Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[4] 13 iyun 2008-ci il tarixli 641-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 474) ilə 10.2-ci maddənin ikinci cümləsində “yardımın” sözündən sonra “təyin olunmamasına,” sözləri əlavə edilmişdir və həmin cümlədə “2 il” sözləri “1 il” sözləri ilə əvəz edilmişdir.