ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 10/7/2023 “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsi üzrə konsultasiyalara hazırlıq.
Növbəti mərhələdə təşkilatların praktik fəaliyyətlərə başlamasıdır. Bu məqsədlə təşkilatların 5 qrupda hər birində 3 təşkilat və 6 nəfər olaraq bölünməsi və hər qrup üçün mövzuların müəyyən olunmasıdır. Bu məqsədlə təlim iştirakçılarınön zoom görüşü keçirilmişdir.
- 10/7/2023 Bu ilin 6 ayında pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 695 mln. manat və ya 21,4 faiz çox olmaqla 3 mlrd. 941 mln. manat ödənilib
2023-cü ilin yanvar-iyun aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 695 mln. manat və ya 21,4 faiz çox olmaqla 3 mlrd. 941 mln. manat ödənilib.
- 10/7/2023 QHT Həssas əhali qrupuna hüquqi, psixoloji dəstək və səyahətlərin təşkili adlı layihəsinin icrasına başlayıb.
Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Həssas əhali qrupuna hüquqi, psixoloji dəstək və səyahətlərin təşkili adlı layihəsinin icrasına başlayıb.
- 9/7/2023 QARABAĞ AZƏRBAYCANDIR!
- 5/7/2023 “Gələcəyin Assosiasiyalar Akademiya”-nın “Səmərəli Assosiasiyada sənədləşmənin əsasları” mövzusunda ilk seminarı keçirilmişdir.
05 iyul 2023-cü il tarixində USAID/Azerbaijan dəstəyi ilə həyata keçirilən “Gələcəyin Assosiasiyalar Akademiya”-nın “Səmərəli Assosiasiyada sənədləşmənin əsasları” mövzusunda ilk seminarı keçirilmişdir.
- 4/7/2023 “Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi” layihəsinin icrasına start verib.
“Oriqami” QHT-nin sədri, layihə rəhbəri Namiq Nəcəfov QHT.az-a açıqlamasında bildirib ki, layihənin məqsədi yeniyetmə qız və oğlanların maarifləndirilməsidir:
- 3/7/2023 İngilis dilində elmi məqalələrlə milli mənəvi dəyərlərin təbliği adlı layihənin icrasına başlanıb
İngilis dilində elmi məqalələrlə milli mənəvi dəyərlərin təbliği adlı layihənin icrasına 01/07/2023-cü il tarixindən başlanmışdır. Bunu Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyin sədri Fərqanə Əliyeva bildirib.
- 26/6/2023 Gələcəyin assosiasiyaları - Mingəçevir
- 4/7/2023 QARABAĞ AZƏRBAYCANDIR!
- 17/6/2023 Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılan Şağan Reabilitasiya Pansionatının 20 illiyi ilə bağlı tədbir keçirilib
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, millət vəkilləri, şəhid ailələri üzvləri, müharibə veteranları və əlilliyi olan şəxslər iştirak edib. Əvvəlcə reabilitasiya mərkəzlərində reabilitasiya kursu keçən, habelə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları olan əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi ilə tanışlıq olub.
- 15/6/2023 Milli Qurtuluş Günündə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 100 mənzil və fərdi ev təqdim edildi
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Hövsan, Ramana, Kürdəxanı qəsəbələrində, Abşeron, Göygöl, Salyan və Ağsu rayonlarında şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 100 mənzil və fərdi ev təqdim edilib.
- 14/6/2023 “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda ikinci Dayanıqlı İnkişaf Məqsədləri dialoqu keçirilib
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda ikinci dialoq keçirilib.
- 12/6/2023 Sosial Tədqiqatlar Mərkəzi dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğu öyrənib- Press-Reliz
Sosial Tədqiqatlar Mərkəzi dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğu öyrənib. Dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsi Analitik Hesabat “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Tədbirlər Planının 4.9-cu yarımbəndinə əsasən hazırlanıb.
- 10/6/2023 Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsi. II qrup təlim 1
Əlil Təşkilatları İttifaqı tərəfindən icra edilən “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsinin fəaliyyət planına uyğun olaraq ikinci qrup üçün təlimlərə başlanılmışdır.
- 12/6/2023 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu

















1.jpg)






































